Qaradağ rayonunda yarımçıq tikili narkomanların məskəninə çevrilib
İNFONEWS xəbər verir ki, Bakı şəhəri Qaradağ Rayon Sahil qəsəbəsində Vaqif Ələkbərov 1 ünvanında yerləşən yarıtikili narkomanların əsas məskənlərindən birinə çevrilib.
Narkomanların isdifadəsi üçün əlverişli şərait yaradan növbəti isdifadəyə yararsız bina Sahil qəsəbəsində yerləşir.
Ətrafda yaşayan sakinlər bildiriblər ki, bu yarı tikili 20 ildən çoxdur ki sahibsiz qalıb. Bu tikilidə narkotik vasitələrin isdifadəçiləri axşam saatlarında həmin əraziyə toplaşırlar. Bu isə ətrafda yaşayan sakinlərin haqlı narahatlığına səbəb olur.
Məsələ ilə bağlı ilk olaraq Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən bildirib ki, narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması Daxili İşlər nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
“ Qeyd olunan ərazidə hazırda polis əməkdaşları tərəfindən gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Əlavə qruplar həmin əraziyə təhkim olunub. Ərazidə neqativ hallar tam arada qaldırılana kimi burada gücləndirilmiş şəkildə nəzarət davam etdiriləcək.
Rəvanə Dadaşova
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır