Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel telefonla Ukrayna-Avropa İttifaqı sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
“İNFONEWS” xəbər verir ki, bu barədə Kuleba tviterdəki hesabında yazıb.
“Josep Borrellə zəngləşdim və fevralın 3-də keçiriləcək Ukrayna-Aİ sammitinə hazırlığı ətraflı müzakirə etdim. Biz gözləntilərimizi açıqladıq və diqəti onun uğurunu təmin edəcək formata yetirdik”, – Ukraynanın xarici siyasət idarəsinin rəhbəri yazıb.
Eyni zamanda Kuleba əlavə edib ki, Aİ diplomatiyasının rəhbəri ilə hərbi yardım, sanksiyalar və İran-Rusiya əməkdaşlığını müzakirə edib.
Bundan əvvəl Ukrayna Prezidentinin Ofisi məlumat yayıb ki, yanvarın 6-da ölkə Prezidenti Volodimir Zelenski bu il ilk dəfə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefonla danışıb. Liderlərin müzakirə etdiyi məsələlərdən biri də növbəti Ukrayna-Aİ sammitinə hazırlıq olub.