ABŞ: Rusiya atəşkəsdən qoşunlarını yenidən cəmləşdirmək üçün istifadə edir

ABŞ: Rusiya atəşkəsdən qoşunlarını yenidən cəmləşdirmək üçün istifadə edir
Birləşmiş Ştatlar Rusiya Federasiyasının müvəqqəti atəşkəsdən qoşunlarını yenidən birləşdirmək və sonra gücləndirilmiş hücuma keçmək üçün istifadə edə biləcəyindən narahatdır.

İNFONEWS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Vaşinqton Moskvanın bu vəziyyətdən öz məqsədləri üçün istifadə edə biləcəyindən narahatlığını bildirir.

Ned Prays həmçinin qeyd edib ki, ABŞ Rusiyanın əvvəllər ələ keçirdiyi ərazilərdən imtina edərək Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara getməsinə nail olmağa çalışır.

Xatırladaq ki, daha əvvəl analoji bəyanatla Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fyodor Venislavski çıxış edib.

Rəvanə Dadaşova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir