Ermənistanda qadınların hərbi xidmətə çağırılması imkanı nəzərdən keçirilir

Ermənistanda qadınların hərbi xidmətə çağırılması imkanı nəzərdən keçirilir

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.

INFONEWS” xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib.

O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir