Cenevrədə Türkiyə, Rusiya və Suriya rəsmiləri görüşəcək

Yanvarın 23-də Cenevrədə Türkiyə, Rusiya, Suriya nümayəndələrinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşü keçiriləcək.

İNFONEWSun Türkiyə bürosunun xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilib ki, bir neçə ölkənin nümayəndələrinin Cenevrədə görüşü üçün BƏƏ tərəfin cəhdləri davam etdirilir.

Toplantıda BMT-nin Suriyaya verdiyi beynəlxalq yardım çərçivəsində elektrik enerjisi və iqtisadi sektorlarda bir sıra layihələrin maliyyələşdirilməsi, Suriyada vəziyyətin normallaşmasından sonra bərpa işlərində hansı ölkələrin iştirakı məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Rusiya, Suriya, Türkiyə xarici işlər nazirlərinin görüşü də gözlənilir. Üçtərəfli görüşdə BƏƏ-nin XİN başçısı da iştirak edə bilər.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan yanvarın 4-də Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlar əsasında Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə sammitə hazırlıq məqsədi daşıyıb.

Onu da qeyd edək ki, Norveçli diplomat Geir Pedersen yanvarın sonunda Dəməşqə səfər etməyi və Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Faisal Mekdad ilə görüşməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir