Balakəndə​ tövlə yanıb, yüzlərlə cücə tələf olub

Balakən rayonunun Gərəkli kəndində mal tövləsində yanğın baş verib, 300-dən çox cücə yanaraq tələf olub.

İNFONEWS”  “Report”un Şimal-qərb bürosuna istinadən xəbər verirki, kənd sakini 64 yaşlı Rauf İsmayılova məxsus mal tövləsində baş verən yanğın nəticəsində 50 kvadrat metr sahə və içərisində olan 300 ədəd cücə yanaraq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Ümumi sahəsi 90 kvadrat metr olan tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir