Ukrayna Silahlı Qüvvələri: “Rusiya Soledardan ciddi itki verərək geri çəkilib”
“Rusiya Soledara hücum etsə də, ciddi itki verərək geri çəkilib”.
“İNFONEWS ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskin teleqramda yazıb.
Onun sözlərinə görə, Rusiya peşəkar “Vaqner” bölmələrini Soledar şəhərinə cəlb edib: “Vaqnerçilər müxtəlif təbliğat bəyanatlarına baxmayaraq, çoxsaylı itkilərlə şəhərdən geri çəkiliblər”.
Xatırladaq ki, Ukraynanın Donetsk bölgəsindəki separatçılar Soledar şəhərinin Baxmutskoe kəndini ələ keçirdiklərini iddia edirlər.
“Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində vəziyyət gərgin olaraq qalır. Ərazidə ağır döyüşlər gedir”.
“İNFONEWS“ “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələr Qrupundan bildirilib.
Qeyd olunub ki, durumu sabitləşdirmək üçün cəbhənin bu istiqamətinə əlavə qüvvə və vasitələr göndərilib: “Bu istiqamətdə son sutkada 22 toqquşma olub. Düşmənin irəliləməsinin qarşısını almaq üçün tədbirlər görülür. Qarşı tərəfə sistemli zərbələr endiririk”.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin komandanları Rusiya ordusunun hücumlarının qarşısını almaq üçün Soledar bölgəsində cəbhəni gücləndirmək qərarına gəliblər: “Soledar daimi nəzarətdədir”.
Qeyd edək ki, Ukraynanın Donetsk bölgəsindəki separatçılar Soledar şəhərinin Baxmutskoe kəndini ələ keçirdiklərini iddia edirlər.