Qarda sürüşərək yıxılan 25 nəfər təcili tibbi yardıma müraciət edib

Qarda sürüşərək yıxılan 25 nəfər təcili tibbi yardıma müraciət edib


Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.

Bu barədə  İNFONEWS-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 13-ü qadın, 3-ü kişidir. Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

Rəvanə Dadaşova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir