Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına uğurla start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına 05 yanvar 2023-cü il tarixində başlanılıb. MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

05-07 yanvar tarixlərini əhatə edən ilk imtahan həftəsində bakalavriat səviyyəsində 99 qrup üzrə 1871 tələbə ümumilikdə 99 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,2% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

Magistratura səviyyəsində 12 qrup üzrə ümumilikdə 12 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 98,8% olub.

MDU-nun rektoru Şahin Bayramov imtahanların gedişatını izləyib, tələbələrin və müəllimlərin imtahan prosesi ilə bağlı rəy və təkliflərini dinləyib.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müvafiq əməkdaşlardan ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftə rektorun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

Universitetdə payız semestrinin imtahan sessiyası cari ilin 01 fevral tarixinədək davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir