Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.
“İNFONEWS” Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, C.Nəzərovu saxlanılması ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.