Ronaldinyonun oğlu “Barselona”ya keçir

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra İspaniya “Barselona”sına keçir.

İNFONEWSSport.es” saytına istinadən xəbər verir ki, ölkəsinin “Kruzeyro” klubu ilə müqaviləsini pozan braziliyalı hücumçu hazırda Kataloniya təmsilçisinin düşərgəsindədir.

Tibbi müayinədən uğurla keçəcəyi halda 18 yaşlı forvardla müqavilə imzalanacaq. İddiaya görə, “Barselona”nın prezidenti Joan Laporta Mendeşin transferi şəxsən maraqlanır, tez-tez oyunçunun atası ilə əlaqə saxlayır.

Qeyd edək ki, Ronaldinyo 2003 – 2008-ci illərdə “Barselona”da çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir