Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan 2 nəfərdən 8 kiloqrama yaxın heroin və marixuana aşkar olunub

Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan 2 nəfərdən 8 kiloqrama yaxın heroin və marixuana aşkar olunub

INFONEWS xəbər verir ki,  Polisə Elnur adlı şəxs narkotik vasitələrinin dövriyyəsi məşğul olduğu məlumatı daxil olub. Həmin şəxs Elnur Sultanov tutularaq Polis idarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış zamanı 4 büküm heroin aşkar edilib. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə Nizami rayonu və paytaxtın digər ərazilərində narko kuryerlik etdiyini bildirib. Əməliyyat tədbirlərin davamı olaraq Hikmət Səmədov saxlanılaraq istintaqa təqdim edilib. Sonuncunun idarə etdiyi avtomobildən 2 kilogram 668 gram heroin və 5 kilogramdan artıq marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu BABA adlı şəxsdən Bakı şəhərində satmaq məqsədilə  aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Fariz Faiqoğlu 

Video müəllifə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir