Bakıda 3 nəfəri narkokuryerliyə görə saxlanılıb-VİDEO

Bakıda 3 nəfəri narkokuryerliyə görə saxlanılıb-VİDEO

İNFONEWS xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonunda narkotik vasitəsi istifadəçilərinin mütamadi olaraq toplaşdığı məkan aşkar edilib. Nərimanov rayon Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsimə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hərbirindən şəxsi istifadələri  üçün əldə etdikləri heroin və metanfitamin aşkar olunub. Araşdırmalar zamanı adlarıçəkilən 3 nəfər narkokuryerliyə cəlb edildikləri və bunun qarşılığında onlara ödənişsiz narkotik vasitələri verildiyi müəyyən edilib. İdarə əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı onlara narkotik vasitələrini təklif edən Ülvi Tağıyevdə tutularaq istintaqa cəlb edilib. Onun üzərindən satmaq məqsədilə əldə etdiyi 3 kilograma yaxın heroin və metanfitamin aşkar edilib. Ülvi Tağıyev ifadəsində narkotik vasitələrini sosial şəbəkədə tanış olduğu ADƏM adlı xarici ölkə vətəndaşından Bakı şəhərindəsatmaq məqsədilə aldğını bildirib.

Qeyd edək ki, Ülvi Tağıyev narkotik vasitələrini satışını həyata keçirən zaman məsuliyyətdən yayınmaq üçün mütamadi olaraq yaşayış yerini dəyişir və əsasən paytax ərazisində ki otellərdə gecələyir.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri zamanı narkotik vasitələrinin təsiri altında Taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə  saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsin mütamadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.

 

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir