UNEC-də əcnəbilər üçün magistratura pilləsi üzrə sənəd qəbulu elan olunur

UNEC-də əcnəbilər üçün magistratura pilləsi üzrə sənəd qəbulu elan olunur

UNEC-də 2022/2023-cü tədris ilinin yaz semestrindən magistratura pilləsi üzrə əcnəbilərin sənəd qəbulu elan olunur.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Əcnəbilərin seçimindən asılı olaraq, tədris azərbaycan, ingilis, türk və rus dillərində aparılır.

Qəbul elektron formada həyata keçirilir. Namizədləhttps://portal.edu.az/ və http://kabinet.unec.edu.az/az internet səhifələri vasitəsilə müraciətlərini tamamlamalıdırlar.

Qəbul üçün lazım olan sənədlər:

Magistratura pilləsi üçün

  • Bakalavr diplomu və diplom əlavəsi (qiymət cədvəli)
  • Bakalavr diplomunun və diplom əlavəsinin (qiymət cədvəlinin) apostili
  • Bakalavr diplomunun və diplom əlavəsinin (qiymət cədvəlinin) notarial tərcüməsi
  • Pasport
  • CV
  • Foto-şəkil 3×4 8 ədəd
  • UNEC rektorunun adına ərizə

Sənəd qəbulu 10 fevral 2023-cü ilədək davam edəcək.

İxtisasların SİYAHISI

UNEC-də əcnəbilərin qəbul qaydaları barədə məlumat almaq istəyənlər üçün onlayn konsultasiyalar keçirilir.

Qeydiyyatla bağlı suallar üçün konsultasiyada iştirak etmək istəyənlər 16 yanvar-05 fevral 2023-cü il tarixlərində hər gün saat 11:00-dən 12:00-a kimi aşağıda qeyd olunan linkə keçid edərək, qəbul qaydaları barədə ətraflı məlumat ala bilərlər. 

Link:  https://zoom.us/j/94848498979
Parol: 123456

Əlaqə: [email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir