Türkiyə Ukrayna müharibəsindəki yaralılara dəhliz açmaq istəyir
Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.
INFONEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.