Bibiheybət Ziyarətgahının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Bibiheybət Ziyarətgahının kollektivi Şəhidlər xiyabanını ziyarət edib .

“İNFONEWS” xəbər verir ki, Yanvarın 20-də Bibiheybət Ziyarətgahının İmamı Hacı Mir Rahib Babayev və ziyarətgahın əməkdaşları Şəhidlərimizi ziyarət etmək üçün Şəhidlər xiyabanına gediblər.

Ziyarətgahın kollektivi tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir