20 YANVAR GƏNC DOSTLARIMIZIN GÖZÜ İLƏ

“İNFONEWS” xəbər verir :

“20 YANVAR GƏNC DOSTLARIMIZIN GÖZÜ İLƏ”

Gənc Dost, Orucəli Hüseynov

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insanın qətlə yetirilmiş , yaralanmış və itkin düşmüşdür.

Həmin qanlı hadisə nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil , o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində yüzlərlə dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qanlar hədər getməyib.
Biz də Gənc Dostlar olaraq müstəqilliyimiz və suverenliyimiz uğrunda gedən haqq savaşının ilk addımlarında şəhid olanlara uca Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına səbr diləyirik.

Gənc Dost, Bayramova Çinarə

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə o qanlı şənbə gecəsi əksəriyyəti ermənilərdən ibarət olan Sovet Ordusu qoşunları Bakı şəhərinə qanunsuz girərək heç kəsə aman vermədən, heç kəsə rəhm etmədən qarşılarına çıxan bütün dinc əhalini gülləbaran etdilər. 20 yanvar faciəsində ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adları əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunub. Bir gənc olaraq Azərbaycan xalqına qarşı törədilmiş bu böyük cinayəti unutmayacağıq! 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Dövlət müstəqilliyimizin bərpası və azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Artıq 1 aydan çoxdur Şuşa-Xankəndi yolu üzərində davam edən haqlı aksiya Azərbaycan gəncinin birliyini və əzmini eyni zamanda Azərbaycan xalqının sülhsevər olduğunu öz haqqını sülh yolu ilə tələb etdiyini bir daha sübut edir.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

Gənc Dost, Əbdürrəhmanlı Günay

Tarix 1990-cı il 20 yanvar
Artıq 2 ildir faciənin üzərindən keçib və mən ən dəhşətli müharibə baş verən anda doğulmuşam. Oradan uzaq olsam da, dərk edəcək yaşda olmasam da televiziyada bu haqda yəqin ki məlumatlar gedir. Necə ki, yanvarın 20-si baş verən o dəhşət Azərbaycan xalqına və dünyaya çatdırılmasın deyə televiziyanın enerji bloku partladılmışdı.
Yaşım acını, aldadılmanı, ağrını, vətənə xəyanəti hiss edəcək yaşda deyildi. Heç 19 yanvar meydana toplaşanlar da başlarına gələcək faciə haqda düşünmürdü. Onlar sadəcə gözləyirdilər, silahsız…Üzərlərinə gələn , acımadan onlara rəhm etməyəcək Sovet qoşunlarını, silahlı dəstəni gözləmirdilər…
“20 Yanvar” hadisələrini məktəb yaşlarında artıq dərk etməyə başlamışdım. Tarix yaxınlaşdıqca çəkilən rəsmlərdə qanlı qərənfillər, ağlayan analar, tanklar, ”20 Yanvar”a aid şeirlər öz əksini tapırdı. Televiziyada müharibə filmləri, dövlət kanalında insanların “Şəhidlər Xiyabanı”na kütləvi axını canlı nümayiş etdirilirdi. Ekran önündə Kamil Cəlilovun “Zəminxarə” si səslənəndə sanki qaboy da dil açıb ağı deyirdi. Hər il o gün gələndə ölkə matəmə bürünür. Artıq biz əzbər bilirik həyatını itirənlərin, itginlərin, həbs edilənlərin sayını. Nəinki, Bakıda digər ərazilərimizdə baş verən faciələri. Çünki insana ən ağrılı gələn gözləmədiyin anda gələn zərbə idi. Orada ölən insanlar, vətəni üçün canından keçməyə hər zaman hazır olan insanların bir hissəsi idi.. Onların azadlıq sevgiləri hədər getmədi və heç vaxt da hədər getməyəcək çünki, onların bu ölkə üçün qazandırdıqları Azərbaycanın müstəqilliyi bir də bizim bayrağımızdır. Və biz bu hissənin ən böyüyünü 2-ci Qarabağ müharibəsində gördük. Yenə o, günlərdən birindəyik artıq 33 il keçib dəhşətli hadisədən. Artıq məktəbli uşaq deyiləm, artıq “Şəhidlər Xiyabanı” na gedən o, kütlədən biriyəm. Göründüyü kimi, biz unutmuruq! Unutmağa da qoymuruq! Çünki olanları unutmaq hər zaman yeni bir təhlükədir!

Gənc Dost, Mənsumova Aytən

Xalqımızın bu illər boyu başına gələn faciələrdən, törədilən vəhşiliklərdən biri də 20 Yanvar hadisəsidir. Bu hadisəylə qurban verdiyimiz canlar xalqımızdan azaltsada, əbədi bir azadlığa atdığımız ilk addımlardan idi. Bir xalqın, dövlətin tarixinə qanlı hərflərlə yazılan bu gün həmdə bir başqaldırışın qışqırıqlarıydı. Torpaq uğrunda ölən varsa,Vətəndir! Bu cümlənin ən böyük sübutuyuq biz. İgidlərimizin qanıyla yoğrulmuş bu torpaq, artıq azaddır. Həmin gün qanı tökülən yaşlı,uşaq,cavan bütün həmsoydaşlarımızın ruhu şaddır. Biz onların qanını yerdə qoymadıq. 2 il öncə aldığımız torpaqlarımızla şəhidlərimizin ruhu əbədi bir azadlığa qovuşdu. Allah cəmi şəhidlərimizi rəhmət etsin. Azadlığımız daimi olsun.

Gənc Dost, Asiya Məmmədli

20 Yanvar hadisəsi xalqımıza qarşı törədilən dəhşətli qətllərdən sadəcə biri idi. Buna təkcə qətliam kimi baxmaq doğru deyil. Xalqımız həmin gün nümayiş etdirdiyi birliklə nə qədər yıxılmaz olduğunu sübut etmişdi.Xalq Qanlı Yanvarı yaşamasaydı bəlkə də azadlığa bu qədər can atmayacaqdı, çünki cəmiyyətlərin həmişə ondan sonra dirçəldiyi hadisələrə tarixdə çox rast gəlinir. Tarixdə faciələr çox olub, lakin həm qürur həm də kədər hissini yaşadığımız faciələr nadirdir. Doğrudur faciədir itkilərimiz çox olub, çox sarsılmışıq. Amma Torpaq-uğrunda ölən varsa Vətəndir! Sonra baş verənlər bunu bir daha və bir daha sübut etdi. Xalqımız zaman-zaman belə ağrılı günlərdən keçib və hər dəfəsində üzü ağ çıxmağı bacarmışdı. Bəlkə də baş verənlər bizə digər xalqlardan nə qədər fərqli olduğumuzu göstərmək üçündü. Şəhidlər Xiyabanına gedəndə o günlərin canlı şahidi olmasaq da az-çox, danışılanlardan insan təsəvvür edə bilir. Və həmin təsəvvürün ardından sanki,həyəcan çökür insanın üzərinə. 2 ci ilini qeyd etdiyimiz qələbə bizim bu proseslərdən dərs çıxardığımızın sübutudur. Üzərimizə düşən vəzifələrdən bəlkə də ən önəmlisi bu günə qədər bu torpaq üçün qurban verdiyimiz qəhrəmanları, onların bizə əmanəti olan ailələrini təkcə anım günlərində deyil, bacardığımız qədər çox xatırlamalıyıq…

Gənc Dost, Məmmədova Arzu

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyindən hiddətlənən Ermənistan xalqı, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror həyata keçirib.
Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda əli yalın tankların qarşısına çıxan 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdır. 20 yanvar gecəsi Erməni silahlı qüvvələri heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş Azərbaycan xalqına amasızcasına zülmlər etmiş , yüzlərlə adam həlak olmuş, itkin düşmüşdür. Ermənilər həmin gecə əhalini tanklar altında əzmiş, işgəncələr etmiş körpələrin gözünün yaşına baxmadan canlarına qıymışdı. Neçə körpə var ki, gəncliyini yaşamadan, neçə valideyn var ki, övladının böyüdüyünü görmədən, əzab işgəncə çəkərək bu dünyadan köçüb. Biz o gecəni xatırladıqca sinəmizdə olan yaramız təzələnir. O gecə Bakı al qan içində idi. Bunu təsəvvür etmək belə bizim üçün acı bir hissdir.
Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir. Biz bir gənclik olaraq Erməni Silahlı Qüvvələrinin əhalimizə etdiyi müsibətləri unutmayacaq, daim xatırlayıb xatırladacağıq.
Allah bütün şəhidlərə rəhət eləsin!

Gənc Dost, Məmmədova Günay

Vaxt keçdikcə, hər hansı tarixi hadisə haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. Artıq 20 Yanvar hadisələrindən 1 qərinə keçir. Bilirik ki, 1 qərinə 33 il hesab edilir. Azərbaycanın çağdaş tarixi, Şəhidlər Xiyabanımız, küçə və meydanlarımızdakı memorial abidələr bizə bu hadisəni unutmamağı öyrədir, ondan dərs alıb irəli getməyə çağırır…
1988-ci ildə Qarabağda baş qaldırmış separatizmə qarşı SSRİ-nin rəhbərliyi tərəfindən rəvac verilmişdi. 1989-cu ildə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirmiş və Muxtar Vilayətin idarə müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılmasına səbəb olmuşdu.
1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə xüsusi təyinatlı hərbi birləşmələrin 66 000 nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Rusiyanın Stavropol, Rostov, Krasnodar şəhərlərindən səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M. Qorbaçov həm ittifaq Konstituyasını, həm də Azərbaycan SSR Konstituyasını kobud şəkildə pozmuşdur.
Yanvarın 19-dan 20-nə keçən gecə 23:30 radələrində qanlı qırğın başlamış, dinc əhaliyə divan tutulmuş, qadın, uşaq, qoca demədən insanları qətlə yetirməyə başlamışdırlar. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdır. Hərbi qulluqçular tərəfindən 200 ev, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, dağıdıcı, yandırıcı güllələr nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, əlillər də var idi. Əvvəldən planlı şəkildə hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü qorxutmadı. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın müstəqilliyi, milli azadlığı üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin butün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün tarix boyu yaşananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini göstərməklə yanaşı, Vətənimizin müstəqilliyini və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Bu faciəni heç kim heç vaxt unutmayacaq!

#20yanvar
#MillətVəkiliJaləƏhmədovanınGəncDostları

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir