Siyasi hadisələrə baxış bucağı- Qədir Aslan
“İlk öncə onu deməliyəm ki, bir ölkə əgər sürətli silahlanmaya gedirsə və elit qüvvələrin sayını durmadan burda iki məqsəd güdülə bilər; Birincisi, həmin ölkə böyük savaşa hazırlaşır. Yaxud da, ikincisi, həmin ölkə böyük sülhə hazırlaşır.”
“İNFONEWS” xəbər verir ki, bunu “Azərbaycan – İsrail mədəni əlaqələrinin inkişafına dəstək” İctimai Birliyinin sədri, politoloq Qədir Aslan söyləyib.
“Azərbaycan Respublikası bu prioriteti izləməklə Müzəffər Ali Baş Komandanın liderliyi altında məhz regionda böyük sülhə töhvə vermiş olur. Çünki hazırda faktiki olaraq Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü, ən müasir ordusuna çevrilmişdir. Heç bir təxribatçı hərəkətlənmələr Azərbaycanın sülh və əməkdaşlıq, stabillik strategiyasına maneə törədə bilməz.
Bu regionda sülh və stabilliyin qarantı məhz bizim Müqəddəs Əsgərdir. Erməni tərəfinin apardığı siyasət məğlubiyyətə aparan strategiyadır, həmişə olduğu kimi.
Fikrimcə, bizim ordunun daim gücləndirilmiş vəziyyətdə saxlanılması yalnız sülhə hesablanıb. Bununla Azərbaycan tərəfi sulhdən başqa yolun olmadığını nümayiş etdirməyə çalışır. Səmimi desəm, bu regionda erməni tərəfinin nə isə düşünməsi artıq önəm daşımır. Çünki dünyanın güc sahibi dövlətləri region liderləri içində yalnız cənab Prezident İlham Əliyevin fikirlərini və mövqeyini nəzərə alırlar.
Görünən odur ki, Azərbaycan tərəfi hərbi müstəviyə keçmədən bütün mümkün rıçaqlardan istifadə etməklə hərbi eskalasiyaya getmədən Xankəndi şəhərinin yurisdiksiyamıza qayıtmasına nail olacaq” – deyə, politoloq açıqlamasına əlavə edib.