DİM yanvarın 26-da GRE imtahanı keçirəcək

DİM yanvarın 26-da GRE imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzində yanvarın 26-da GRE imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) “İNFONEWS”-a verilən məlumata görə, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2023-cü il yanvarın 26-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. 

İmtahan saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir