“Dostluq Meşəsi”ndə və ətrafdakı yamaclarda bugünədək 50 minə yaxın ağac əkilib
Son həftə ərzində Cəbrayılın “Dostluq Meşəsi” adlandırılan sahəsinin, o cümlədən ətrafdakı terrasların 10 hektardan artıq ərazisində Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 8100 ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov “İNFONEWS”-a bildirib ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində və ətrafdakı yamaclarda ötən ilin sonlarından etibarən ağacəkmə tədbirləri davam etdirilir.
“Bugünədək layihə çərçivəsində “Dostluq Meşəsi”nin və ətrafdakı yamacların 54 hektardan çox sahəsində 50 minə yaxın müxtəlif növ ağac tingi əkilib”.