Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb
“İNFONEWS” xəbər verir ki :
“Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib: “Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır”.