Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin (Silahlı Qüvvələrin leytenantı; 1973-1995) anası Gözəl xanım Xasıyeva ilə Mədəniyyət Komitəsində görüşüb.
“Samir Xasıyevin, bütün Milli Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda şəhid olan qardaşlarımızın ruhu şaddır” deyərək, Qəhrəman anasını tarixi zəfər münasibəti ilə təbrik edib.
InfoNews bildirir ki, komitə sədri Milli Qəhrəman haqqında vaxtı ilə çəkilmiş filmin tamaşaçılar tərəfindən maraq və sevgi ilə qarşılandığını xatırladaraq, onun haqqında kitab yazılması təşəbbüsü ilə çıxış edib.
Milli Qəhrəmanın anası səmimi görüş və 21 yaşında həlak olmuş oğlu haqqında kitab yazılması təşəbbüsünə görə Q.Paşayevaya təşəkkür edib.