Məşhur “DZİVA” beynəlxalq sirk proqramı Bakıda – TEZLİKLƏ

Məşhur “DZİVA” beynəlxalq sirk proqramı Bakıda – TEZLİKLƏ

Bakı Dövlət Sirki bütün fəsillərdə olduğu kimi, yaz aylarında da öz fəaliyyətini yaddaqalan edəcək. Mart ayının 1-dən başlayaraq “DZİVA” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Proqram aprel ayının 30-dək davam edəcək.

“İNFONEWS” -un Bakı Dövlət Sirkindən əldə etdiyi məlumatına görə, “DZİVA” adlı sirk proqramının süjet xəttinin əsasını heyvanların – şir və pələnglərin şousu təşkil edəcək. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək. Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək.

Bundan başqa, hava gimnastlarının qeyri-adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünyaşöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. Proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

Qeyd edək ki, proqramda dünya sirk sənətinin aparıcı janrlarına xüsusi yer verilib.

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir