Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq .
Azərsu ASC-in Mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 28 yanvar 2023-cu il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.