Cəlilabadda balta ilə oynayan uşaq əlinə xəsarət yetirib, barmağı amputasiya olunub
Cəlilabad rayonunda iki yaşlı uşaq həyətdə oynayarkən barmağını kəsib və onun həmin barmağı amputasiya olunub.
“İNFONEWS” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Axtaxana kəndində baş verib.
Belə ki, həyətlərində balta ilə oynayan 2020-ci il təvəllüdlü E.Məmmədova sağ əlinin ikinci barmağına xəsarət yetirib.
Azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və azyaşlının həmin barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.