Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb

Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb

Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.

“İNFONEWS” un məlumatına görə, rayon ərazisində yerləşən kafelərin birində sərxoş müştəri ilə ofisiant arasında düşən mübahisə dava ilə nəticələnib.

Xəsarət alan 1981-ci il təvəllüdlü Əhmədova Sədaqət təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

S. Əhmədovanın dediyinə görə, müştəri ona başı ilə zərbə vurub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir