Türkiyədəki zəlzələdə zərər çəkənlərə “Ziraat Bank Azərbaycan” mobil tətbiqi ilə dəstək olmaq daha da asanlaşdı
“Ziraat Bank Azərbaycan” Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələdə zərər çəkənlərə yardım etmək istəyən müştəriləri üçün mobil bankçılıq tətbiqi və internet bankçılıq platforması vasitəsilə daha rahat şəkildə yardımın icrası məqsədilə əsas səhifədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) ianələr üçün xüsusi düymə yaradıb.
“İNFONEWS” bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” zəlzələdən zərər çəkənlər üçün həm filialları, həm də rəqəmsal platformaları vasitəsilə köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edir.
Bank həmvətənlərimizin ianələrini daha aydın və rahat şəkildə köçürməsi məqsədilə iki növdə fərqli izahedici videotəlimatlarını da hazırlayıb. Təlimatlarda istər “Ziraat Bank Azərbaycan”ın müştərisi, istərsə də müştərisi olmayan şəxslər ianə etmə üsulları ilə bağlı aydın şəkildə tanış olub, dəstək məqsədli köçürmələrini rahat icra edə bilərlər.
Bankın müştəriləri üçün mobil bankçılıq tətbiqi və internet bankçılıq platformasında köçürmənin icra edilməsi ilə bağlı açıqladığı videonu vətəndaşların diqqətinə çatdırırıq.
“Ziraat Bank Azərbaycan” baş vermiş təbii fəlakətdə zərər çəkənlərə yardım etmək istəyən, amma müştərisi olmayan həmvətənlərimiz üçün də AFAD-ın rəsmi saytında ianə edilməsi imkanı haqqında videotəlimat da hazırlayıb.
Təlimatda göstərilir ki, agentliyin rəsmi saytında “Deprem Bağış Hesapları” səhifəsinə keçid edərək ölkədaxili banklara məxsus istənilən valyuta növündə kart ilə AFAD-ın TL, USD, EUR valyutalı hesablarına yardımı asanlıqla həyata keçirmək olar.
Bank xüsusilə bildirib ki, ianənin köçürülməsi zamanı həmin vəsaitdən vergi tutulmur.
İanə üçün bəhs edilən videonu izləyərək növbəti linkə keçid edib yardım etmək istəyən həmvətənlərimiz köçürmələrini asanlıqla icra edə bilərlər. Link: https://www.afad.gov.tr/
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı Bankın feysbuk, instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.