Yelo Bank-dan qardaş Türkiyəyə dəstək

Yelo Bank-dan qardaş Türkiyəyə dəstək

Yelo Bank Türkiyəyə ianə köçürmələrini komissiyasız etdi.

Bu barədə “İNFONEWS”-a Yelo Bankın Marka təcrübəsi departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Gülşən Həsənzadə məlumat verib.

Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək istəyənlərin diqqətinə: Yelo Bank-a məxsus bank kartları ilə Türkiyə Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) ianə məqsədli bütün köçürmələr komissiyasız və vergisiz həyata keçiriləcək. Həmçinin, müştərilər filiallarda da AFAD-a köçürmələrini komissiyasız həyata keçirə biləcəklər. Qeyd edək ki, bu qərar həm fiziki, həm də hüquqi şəxslərin ianələrinə şamil olunur. İanə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://bit.ly/iane-et

Yelo Bank zəlzələ qurbanlarının ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verir, yaralılara şəfa diləyir.

Bank xidmətləri, o cümlədən, daşınmaz əmlak təminatlı kredit haqqında əlavə sualınız varsa, banka məxsus olan, 981 nömrəsinə zəng edə və ya FacebookInstagram  və ya Whatsapp hesablarına yaza bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir