Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb
Dünya Bankı Türkiyədə baş verən zəlzələlərdən sonra zərərçəkənlərə kömək məqsədilə 1,78 milyard ABŞ dolları maliyyə yardımı ayırıb.
“İNFONEWS ” xəbər verir ki, bu barədə məlumat bankın saytında yayılıb.
Bildirilib ki, Dünya Bankı fəlakətin həcmini müəyyən etmək və yenidənqurma işləri üçün zərərin sürətli qiymətləndirilməsinə də başlayıb