Bakıda 15 yaşlı oğlan anasını qətlə yetirdi.
“İNFONEWS” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş verib.
Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə yollanıb. Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.