Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Nazir vəzifəsinə Rəşad Nəbi oğlu Nəbiyev təyin edilib.
Qeyd edək ki, Rəşad Nəbi oğlu Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edirdi.