ANAMA-dan Türkiyəyə dəstək
Azərbaycan Prezidentinin müvafiq tapşırığı və çağırışına uyğun olaraq Minatəmizləmə Agentliyi (ANAMA) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə 12 000 ABŞ dolları dəyərində maddi yardım göstərib.
“İNFONEWS” xəbər verir ki, Agentliyin kollektivi adından ayrılan ianə zərərçəkmiş insanlara dəstək məqsədilə yaradılan müvafiq bank hesabına köçürülüb.
ANAMA zəlzələ nəticəsində həyatını itirən türkiyəli qardaşlarımıza Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.