Braziliyada İsa Məsihi ildırım vurdu

Braziliyada İsa Məsihi ildırım vurdu

Braziliyanın simvolu sayılan İsa Məsihin heykəlini ildırım vurub.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Rio-de-Janeyrodakı foto internetdə sürətlə yayılıb.

Heykəl dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir.

2010-cu ildə heykəl ildırım vurması nəticəsində zədələnmiş, bundan sonra onun üzərinə ildırımötürücülər quraşdırılmışdır.

Xatırladaq ki, 38 metr hündürlüklü bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə təpədən baxan Korkovado təpəsinin üzərində yerləşdirilmişdir. Heykəl beş il müddətində hazırlanmış və təntənəli açılışı 12 oktyabr 1931-ci ildə olmuşdur.

Qeyd edək ki, heykəl dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilir.

Braziliyada İsa Məsihi ildırım vurdu
Braziliyada İsa Məsihi ildırım vurdu
Braziliyada İsa Məsihi ildırım vurdu
Braziliyada İsa Məsihi ildırım vurdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir