Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub .

Bu barədə “İNFONEWS”-a Baş Prokurorluqdan məlumat verilib.

Fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub.
 
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir