Zəlzələdə dağılan binalara görə 134 nəfər məsuliyyətə cəlb olunub .
Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən zəlzələ nəticəsində dağıntıya məruz qalan binalarla bağlı 134 nəfərin məsuliyyətə cəlb olunub, 3 nəfər həbs edilib.
“ İNFONEWS ”un Ankara bürosunun məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Nazir onu da qeyd edib ki, zəlzələ bölgəsində baş verən soyğunçuluq və oğurluqla bağlı da 75 hadisədə 64 şübhəli barəsində cinayət işi açılıb, onlardan 57-si həbs edilib, 7 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.