Çində üzən kvadrokopter hazırlanıb

Çində üzən kvadrokopter hazırlanıb
Çin alimləri nəinki havada uça, hətta suyun altına dala bilən yeni kvadrokopter hazırlayıblar.
İNFONEWS xəbər verir ki, “TJ-FlyingFish” pilotsuz uçan aparatı Tuntszı Universitetinin Şanxay İntellektual Avtonom Sistemlər Tədqiqat İnstitutunun və Honq Konq Çin Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Təxminən 1,63 kq ağırlığındakı dronun dizaynı ona altı dəqiqə havada qalmağa və ya 40 dəqiqə su altında işləməyə imkan verir.
Mütəxəssislərin fikrincə, yeni pilotsuz uçan aparatın tətbiq dairəsi çox genişdir. Xüsusən də ondan resursların kəşfiyyatı, axtarış-xilasetmə missiyaları və mühəndislik tədqiqatlarında istifadə oluna bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir