Despina Çatsivaliu-Tsovilis Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni baş katibi seçilib.
“İNFONEWS” xarici mediaya istinadən xəbər verir ki, səsvermə bu AŞPA-nın qış sessiyası çərçivəsində keçirilib.
Despina Tsovilis AŞPA-nın 72 illik tarixində bu postu tutan ilk qadındır.
Bundan əvvəl o, AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin katibliyinə rəhbərlik edirdi. AŞPA-nın baş katibinin müavini postuna isə Born Berq seçilib.
Qeyd edək ki, AŞPA-nın 2021-ci il sessiyasının ilk hissəsi yanvarın 25-dən 28-dək hibrid formatda keçiriləcək və üzvlərə iclasda distant formada və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılıb.