Məşhur cütlüyün xəyallarının evi – MÖHTƏŞƏM RƏQƏM AÇIQLANDI

Məşhur cütlüyün xəyallarının evi – MÖHTƏŞƏM RƏQƏM AÇIQLANDI

Cennifer Lopes və Ben Afflek xəyallarının evini alır.

“İNFONEWS” xəbər verir ki, TMZ məşhur cütlüyün Los-Ancelesdə əmlak alqı-satqısı müqaviləsi mərhələsində olduğunu təsdiqləyib. Qeyd edək ki, malikanə Los-Ancelesin Pasifik Palisads bölgəsində yerləşir. Bura eksklüziv bir məhəllə sayılır ki, malikanənin satış qiyməti 34,5 milyon dollar olsa da, razılaşdırılmış alış qiyməti məlum deyil.

Əmlak üzrə satıcının dediklərinə görə, ev keçən il tikilib. 7 yataq və 13 hamam otağı ilə seçilən bu evi ənənəvi Hemptom üslubunda adlandırmaq olar. Eləcə də evdə rahatlığı təmin edən hər şey var: kinoteatr, idman zalı, hovuz, şərab zirzəmisi, sağlamlıq SPA otağı və s.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir