Xarici ölkə vətəndaşı dağıntılar altından xilas edilib

Xarici ölkə vətəndaşı dağıntılar altından xilas edilib

Türkiyənin Hatay əyalətinin Antakya rayonunda 204 saatdan sonra Muna Dabul adlı əcnəbi bir qadın dağıntılar altından xilas edilib.

İNFONEWS” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir