Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub

Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.

İNFONEWS“un yerli bürosunun məlumatına görə, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.

Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir