“Araz” marketdən zəlzələyə yardım biabırçılığı – Bonuslar ləğv edildi?

“Araz” marketdən zəlzələyə yardım biabırçılığı – Bonuslar ləğv edildi?

Azərbaycanın ən böyük supermarket şəbəkələrindən biri olan “Araz” Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün maraqlı üsula əl atıb. Belə ki, aylıq dövriyyəsi yüz milyonlarla manat olan market rəhbərliyi qardaş ölkəyə ayırdığı yardımı müştərilərin hesabına kompensasiya etməyə qərar verib.
Bakupost.az -ın əldə etdiyi məlumatlara görə, “Araz” marketlər şəbəkəsi Türkiyəyə yardım göstərdikdən sonra müştərilərə verilən bonusları ləğv edib.
Saytımızın iki əməkdaşı iki fərqli ünvanda bunun şahidi olublar.
Belə ki, əməkdaşlarımızdan biri 20-ci sahədə yerləşən “Araz Market”də təsadüfən kartına nə qədər bonus gəldiyi ilə maraqlanıb. Məbləğin az olduğuna təəccüblənən əməkdaşımız bunun səbəbini soruşduqda satıcı ona “10 manatdan az alış-veriş etdikdə daha bonus verilmir”, deyib.
Digər əməkdaşımız isə eyni halla Tbilisi prospektində yerləşən “Araz” marketdə qarşılaşıb. Belə ki, o, alış-veriş etdikdən sonra bonus kartını satıcıya uzatdıqda satıcı “xanım, onsuz da 10 manatdan az alver etmisiz, bonus verilməyəcək” deyib. Əməkdaşımız bunun səbəbi ilə maraqlandıqda marketin kassada oturan əməkdaşı belə cavab verib: “Türkiyəyə yardım etdikdən sonra şirkətin rəhbərliyi belə qərar verir. 10 manat məbləğində alış-verişə bonus düşmür”.
Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsi əlaqə saxladıq.
Marketdən bildirildi ki, araşdırma aparılacaq.
Davamı olacaq….
Elnur
BakuPost
11:13
***
Tbilisi prospektindəki “Araz”da daha bir əməkdaşımız saat 15:00 radələrində marketdə alış-veriş edərək və işçilərdən sorğu apararaq karta 10 manatdan az məbləğə bonus gəlməyəcəyini bildirilib. Səbəbi soruşduqda menecer və baş kassir eləcə də digər işçilər səhər bütün marketlərə e-mail göndərildiyini və belə tapşırıq gəldiyini dedilər.
Səbəb kimi onu qeyd etdilər ki, guya marketdən 3-5 manatlıq alış-veriş edib bonus kartını verən insanlar sonradan gəlib karta 20 qəpik yüklənmədiyini bildirir, etiraz edirdilər: “Biz isə izah edə bilmirdik ki, karta 10 manat alış-veriş olanda 20 qəpik yüklənir. Bunu insanlara başa sala bilmədiyimiz və əlavə problemlər yarandığı üçün 10 manatdan sonra bonus sistemi tətbiq etməyə qərar verib. Tapşırığın həmişəlik yoxsa müvəqqəti olması barədə məlumat yoxdur”.
Əməkdaşımızın “mən hər gün 5-7 manatlıq alış-veriş edirəm, bütün nahar, su və s. buradan alıram. Bu da ayda 150 manata kimi məbləğ edir. Aylıq cəmi 1 manat alıcıya pul qalırdı onu ləğv etmək hansı məntiqə sığır?” sualına menecer “7 manatlıq edirsizsə, 3 manat da üstünə qoy artsın, 10 manat olsun, bonusunuzu alın”, – deyə cavab verib.
Hesab edirik ki, bu anormal çıxış və qərarlar alıcılara hörmətsizlikdən və pulunu dəyərsizləşdirməkdən başqa bir şey deyil. Kassada olan insanlar kartın ləğv edilməsini və camaatın ələ salınmamasını tələb edib.
15:01

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir