Türkiyəli zəlzələ mütəxəssisi: “Plitələr arasında 5 metrə çatan sürüşmələr aşkarladıq”

Türkiyəli zəlzələ mütəxəssisi: “Plitələr arasında 5 metrə çatan sürüşmələr aşkarladıq” – FOTO

“Qırılma xətlərində sürüşmə dərəcəsinin tədricən artdığını gördük”

İNFONEWS xəbər verir ki, bu barədə türkiyəli zəlzələ üzrə mütəxəssis Hüsnü Serdar Akyüz bildirib.

Təxminən 300 kilometrlik qırılma ilə qarşı-qarşıya qaldıqlarını ifadə edən mütəxəssis vurğulayıb ki, qırılma xətti həm yerdən, həm də havadan araşdırılır.

“Xəttin üzərindəki yerdəyişmələri ölçdük, təqribən 2,5 metrlik yerdəyişmə müəyyən etdik və həmin ərazinin xəritəsinin hazırlanmasını başa çatdırdıq. Sonra Nurdağıdan Gölbaşıya doğru gəlməyə başladıq. Burada da tədricən yerdəyişmələrin, qırılma nəticəsində əmələ gələn plitələr arasında sürüşmə dərəcəsinin tədricən artdığını gördük. İndiyə qədər plitələr arasında 5 metrə qədər sürüşmələr aşkarlamışıq”, – deyə o qeyd edib.

“Təxminlərimizə görə, şimal-şərqə doğru Gölbaşıya getdiyimiz zaman bu sürüşmələrin artması mümkündür. Çox böyük zəlzələ ilə üz-üzəyik. Təsəvvür edin ki, plitələr bir-birinə nisbətən 5 metrə qədər sola sürüşürlər. Bir tərəfdən dronlardan istifadə edirik. Bu qırılma xəttini addım-addım həm yerdən, həm də dronlardan izləyirik. Bütün bu yerdəyişmələrin və sürüşmələrin dərəcələrini santimetrlə ölçürük”, – deyə mütəxəssis əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir