“Qarabağ Şəhidləri və Qarabağ Zəfəri” Şeir müsabiqəsi

“Qarabağ Şəhidləri və Qarabağ Zəfəri” Şeir müsabiqəsi

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi TİKA, Azərbaycan Yazıçılar Birliyi, TC Bakü Büyükelçiliği Eğitim Müşavirliği və  TC Milli Eğitim Bakanlığı Bakü Türk Anadolu Lisesi-nin təşkilatçılığı ilə “Karabağ Şihitleri ve Karabağ Zaferi” şeir müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin 1-ci yer qalibi – noutbuk və smart saat, 2-ci yer qalibi – noutbuk və e-kitab, 3-cü yer qalibi isə noutbuk ilə mükafatlandırılacaqdır. Müsabiqənin qiymətləndirməsinin ilk 50-liyinə daxil olan 47 iştirakçıya planşet hədiyyə ediləcəkdir. Eləcə də müsabiqədə iştirak edən 50 iştirakçının şeirlərindən ibarət kitab çap olunacaqdır.

Yarışmanın şərtləri: 

Müsabiqədə 9-12-ci sinif şagirdləri iştirak edə bilər;

Müsabiqəyə təqdim edilər əsərlərin dili: Türkiyə türkcəsi və Azərbaycan türkcəsində olmalıdır;

Şeirlər müxtəlif vəznlərdə yazıla bilər;

İştirakçılar müsabiqəyə yalnız 1 şeir ilə qatıla bilərlər;

Müsabiqəyə iştirakçılar onlayn və ya poçt vasitəsilə qatıla bilər;

Onlayn müraciətlər üçün: “baku.meb.gov.tr”

İnternet imkanı olmayanlar və poçt vasitəlilə müraciət edənlər üçün: Bakı, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 77

Müsabiqəyə qatılma tarixi: 20.01.2021

Müsabiqənin son günü: 15.04.2021

Müsabiqənin nəticələrinin açıqlanması tarixi: 16.05.2021

Mükafatlandırma tarixi: 24.05.2021

Ətraflı məlumat üçün: baku.meb.gov.tr

Əlaqə nömrəsi: (+994) 051 351 1394

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir