Bu gün Xankəndi – Laçın yolunda sülhməramlıların 77 avtomobili maneəsiz keçib .
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“İNFONEWS” “Report”un aksiya keçirilən ərazidəki əməkdaşına istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik və 5 yük avtomobili Laçından Xankəndiyə, 1 yük avtomobili isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 77-yə çatıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.