“CoolBrain” intellektual oyununun qalibləri mükafatlandırılıb

“CoolBrain” intellektual oyununun qalibləri mükafatlandırılıb

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən olmuş “CoolBrain” intellektual oyunu 13-14 fevral tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub.

Bu barədə “İNFONEWS” -a verilən məlumatda deyilir ki, UNEC Tələbə Gənclər Təşkilatının əməkdaşlığı ilə ardıcıl 2 gün davam edən yarışda müxtəlif universitetlərin intellektual oyun klublarının komandaları iştirak ediblər.

Həmçinin oyunun əvvəlində layihə rəhbəri Aqil Quliyev çıxış edərək, gəncləri yarışın mərhələləri və qaydaları ilə tanış edib. Əyləncəli məqamlar, gərgin oyun ilə yadda qalan yarışma gənclər tərəfindən maraqla qarşılanıb.

Yarışın sonunda oyunun qalibi UNEC təmsilçisi “Qəzəlxan” komandası medal, kubok və hədiyyələrlə təltif ediliblər. Eləcə də təşkilatçılar layihəyə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir