Bibiheybət Məscidində Məbəs günü haqqında söhbətlər olub

Bibiheybət Məscidində Məbəs günü haqqında söhbətlər olub .

“İNFONEWS” xəbər verir ki, fevral ayının 17-də Bibiheybət Məsscidinin Axundu Hacı Mir Rahib Babayev tərəfindən Məbəs günü barədə cümə söhbətləri olunub.

Söhbət zamanı zəvvarlara Məbəs günü haqqında ətraflı məlumat verilib, müstəqil Azərbaycanımız üçün, qardaş Türkiyə xalqı üçün dualar oxunub. Söhbət zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Qeyd edək ki, bu il fevralın 18-i Rəcəb ayının 27-sinə təsadüf edir. Bu, İslamda müqəddəs bir gündür. Bir nəzəriyyəyə görə həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə, oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür. Bu nəzəriyyə əsasən əhli-sünnə mənbələrində qeyd olunur. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün bildiyi digər nəzəriyyəyə görə, 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür. (Mənbə: islam.az)

Söhbətin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir