Hacı Rahib Babayev Məbəs günü münasibətilə xalqımızı təbrik edib .
Fevralın 18-i Rəcəb ayının 27-si İslamda müqəddəs bir gün olan Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.
“İNFONEWS” xəbər verir ki, bu münasibətlə Bibiheybət Məscidinin Axundu Hacı Mir Rahib Babayev dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Bismillahir – Rəhmanir – Rəhim. Bu gün Rəcəb ayının 27-sidir. Dünya müsəlmanlarının bayram günüdür. Bu gün Rəbbimiz tərəfindən Peyğəmbər əleyhissəlatu vəsəlləmə Peyğəmbərliyinin izharı günüdür. Bu gün Məbəs günüdür. Bu münasibətlə siz əzizlərimi, Azərbaycanda yaşayan bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edirəm. Qoy Uca Tanrı həmişə Azərbaycan xalqının yanında olsun. Bir daha sizləri bu müqəddəs bayram münasibətilə təbrik edirəm.”