İranda “Cloudflare” trafikindəki 50% azalma səbəbindən internet bizneslərinə ciddi zərbə dəyib
İranda “Cloudflare” trafiki fevralın 18-i saat 14:00 radələrindən etibarən əvvəlki günlə müqayisədə 45-55% azalıb.
“İNFONEWS” xəbər verir ki, Bu barədə “Cloudflare” radar məlumatlarında göstərilib.
“Cloudflare”in bu səviyyədə pozulması və 10 saatdan sonra onu aradan qaldırmaması ölkənin İT ictimaiyyətini və təbii ki, İran daxilində bu CDN-dən istifadə edən minlərlə sayt və platformanı təəccübləndirib.
“Cloudflare” İranın CDN bazarının 50%-dən çoxuna sahibdir və onun pozulması bu platformadan istifadə edən internet bizneslərinə birbaşa zərbə endirir.