Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20778, bu günə qədər isə ümumilikdə 1817804 test nümunəsi götürülüb.