Biləsuvar rayonunda bədbəxt hadisə baş verib
Biləsuvarda həyat yoldaşının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən vəfat edib
“İNFONEWS” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.
Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.